İnsanlara hürriyət, millətlərə istiqlal!

42 min dollara məxfi məlumatları Çinə SATDI

716 08.03.2024 19:09 Dünya A A

ABŞ kəşfiyyatının analitiki, serjant Korbeyn Şults Pentaqonun məxfi sənədlərini Çinə satmaqda ittiham olunaraq həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə "CBS News" iş materiallarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, sənədlərdə əsasən ABŞ-ın Tayvanın müdafiəsi üçün verdiyi silahlar və raketdən müdafiə sistemləri haqqında məxfi məlumatlar olub. ABŞ prokurorluğunun məlumatına görə, Şults Honqkonq sakini ilə bir ildən çox əməkdaşlıq edib.

İstintaqın məlumatına görə, Korbeyn Şults 24 yaşındadır və Texasda anadan olub. 2018-ci ilin noyabrında o, ABŞ-ın 506-cı Piyada Alayına təyinat alıb. Müstəntiqlərin fikrincə, serjant məlumatların ötürülməsinə görə təxminən 42 min dollar alıb.

O, şifrəli mesajlaşma proqramlarından istifadə edərək məlumatları ötürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR