İnsanlara hürriyət, millətlərə istiqlal!

“4 min fələstinli uşağı öldürdük” deyən ABŞ diplomatı həbs edilib   VİDEO

998 23.11.2023 14:05 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müşaviri Stuart Seldovitz həbs edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, keçmiş diplomat Nyu-Yorkda misirli bir küçə satıcısını təhqir edən videonun yayılmasından sonra həbs edilib.

Nyu York polisi məlumat verib ki, əvvəllər ABŞ Dövlət Departamentinin İsrail və Fələstin İşləri üzrə İdarəsində direktor müavini vəzifəsində çalışmış 64 yaşlı Stuart Seldovitz çərşənbə günü ağırlaşdırılmış təqib, nifrət cinayətlərinin təqibi, qorxuya səbəb olan təqib və iş yerində təqib ittihamları ilə həbs edilib. Bildirilir ki, sabiq diplomat misirli satıcıya qarşı dəfələrlə şifahi hücum edib.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Seldovitz Manhettendə misirli satıcını “terrorçu” kimi təhqir edib. Daha sonra isə “4 min fələstinli uşağı öldürdük, amma kifayət deyil” deyib.


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR