İnsanlara hürriyət, millətlərə istiqlal!

38 ölkənin 36-da inflyasiya azaldı

490 03.08.2023 16:08 İqtisadiyyat A A

2023-cü ilin iyununda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD)daxil olan ölkələrdə inflyasiya maydakı illik 6,5 faizdən 5,7 faizə qədər azalıb.

Musavat.com təşkilatın açıqladığı məlumata istinadən xəbər verir ki, bu, 2021-ci ilin noyabrından bəri ən aşağı göstəricidir.

Qiymətlərin azalması Almaniya və Yaponiya istisna olmaqla, OECD-ə daxil ölkələrin hamısında qeydə alınıb. İyunda təşkilata daxil olan ölkələr arasında ikirəqəmli inflyasiya olanların sayı 9-dan 5-ə düşüb.

OECD ölkələrində iyun ayı ərzində enerjidaşıyıcılarının qiyməti 9,6 faiz azalıb, ərzaq məhsullarının qiyməti isə 10,1 faiz artıb. Bu məhsulların dəyəri nəzərə alınmadan hesablanan baza inflyasiyası illik ifadədə 6,6 faiz təşkil edib.

G7 ölkələrində inflyasiya hesabat ayında əvvəlki aydakı 4,6 faizdən 3,9 faizə, G20 ölkələrində isə 5,9 faizdən 5,5 faizə düşüb.

Avrozonada qiymət artımı əvvəlki aydakı 6,1 faizdən iyunda 5,5 faizə qədər zəifləyib. Avrozona statistika qurumunun ilkin hesablamalarına əsasən iyulda bu göstərici daha da azalaraq 5,3 faiz təşkil edib.

Məlumat üçün qeyd edək ki, OECD-in 38 üzvü var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR