İnsanlara hürriyət, millətlərə istiqlal!

36 yaşlı məşhur müğənni: "Qocalmışam və əsəbi olmuşam”

1017 18.07.2024 14:06 Dünya A A

Britaniyalı müğənni Adel hazırkı konsert turunu başa vurduqdan sonra musiqi karyerasına uzun müddət ara verməyi planlaşdırdığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Münhendə 10 günlük konsertlər silsiləsi öncəsi Almaniyanın ZDF telekanalına müsahibə verən ulduz deyib: "Mənim çənim hazırda tamamilə boşdur".

“Yeni musiqi ilə bağlı heç bir planım yoxdur. Bütün bunlardan sonra böyük bir fasilə vermək istəyirəm. Heç olmasa bir müddət başqa yaradıcılıqla məşğul olmaq istərdim. Bilirsiniz, mən hətta evdə mahnı oxumağı da dayandırdım. Qəribədir, elə deyilmi?”

Adelin son albomu 2021-ci ildə işıq üzü görüb. O, son iki il ərzində həftə sonları Las-Veqasda çıxış edir və bu yaxınlarda konsert rezidenturasının bir hissəsi olaraq “Caesars Palace”da 90-cı şousunu keçirdi.

Turne noyabrda başa çatacaq. Adel bu təcrübənin onu emosional olaraq tükətdiyini söyləyib.

“Bu qədər böyük auditoriyaya baxmayaraq, bu, əsl emosiyalar mübadiləsi idi. Əminəm ki, Münhendəki şoudan sonra hər axşam bu daha da hiss olunacaq. Amma bu müsbət haldır. Bu, sadəcə belə bir enerji mübadiləsidir”, - Adel deyib.

Ulduz onu da etiraf edib ki, çox asan əsəbiləşir.

“Hər şey məni əsəbləşdirir. Hər şey. Mənim 36 yaşım var. Qocalmışam və əsəbi olmuşam”, - o əlavə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR