İnsanlara hürriyət, millətlərə istiqlal!

35 min müəllim sertifikasiyaya cəlb ediləcək

1068 27.02.2023 15:40 Təhsil A A

"Müəllimlərin orta aylıq əmək haqqı 2014-cü illə müqayisədə 267 AZN-dən 790 AZN-ə qədər artıb. 2022-ci ildən sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqına 35% əlavə olub (1195 manat)".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, uğur qazanmış müəllimlər 10% əlavə alırlar: "Sertifikatlaşdırmada iştirak etməyən heyət üzrə əmək haqqı 760 manat təşkil edir. Növbəti mərhələdə 35 min müəllim sertifikasiyaya cəlb ediləcək".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR