İnsanlara hürriyət, millətlərə istiqlal!

25 il əvvəl Türkiyəni "Avroviziya"da təmsil etmişdi - FOTO

1213 09.07.2023 23:25 Şou-biznes A A

25 il əvvəl Türkiyəni "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Şebnem Paker illər sonra gündəmə gəlib.

Musavat.com axşam.az-a istinadən bildirir ki, Şebnem 1997-ci ildə "Dinle" mahnısı ilə müsabiqəyə qatılıb. Yarışmadan sonra gündəmdən tamamilə uzaqlaşan ifaçı müəllimlik etməyə başlayıb.

O, 25 ildən sonra yenidən musiqi sənətinə dönəcəyini açıqlayıb. Paker ötən aylarda "Dünəndən bu günə "Avroviziya" adlı konsertdə səhnəyə çıxıb. 45 yaşlı ifaçı ailə qurduğunu və iki övladı olduğunu bildirib.




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR