İnsanlara hürriyət, millətlərə istiqlal!

23 yaşlı pərəstişkarı Teylor Sviftin konsertində öldü

529 19.11.2023 00:37 Şou-biznes A A

Məşhur amerikalı müğənni Teylor Sviftin Eras musiqi turu çərçivəsində faciə baş verib.

İfaçının Braziliyada baş tutan konsertində 23 yaşlı pərəstişkarı Ana Klara Benivedes vəfat edib. Bu barədə yerli “Folha de S. Paulo” qəzeti məlumat yayıb.

Belə ki, noyabrın 17-də axşam Teylorun Rio-de-Janeyrodakı çıxışı zamanı ön sıralarda olan Ana infarkt keçirib. Təxminən 40 dəqiqə ona ilkin yardım göstərilib və xəstəxanaya aparıblar. Təcili yardım maşınında qızın ikinci dəfə ürəyi dayanıb. Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq Ana dünyasını dəyişib. 

Teylor hadisəyə sosial media hesabında münasibət bildirərək kədərli olduğunu ifadə edib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR