İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü il Olimpiya oyunlarında bilet satışı rekord həddə çatıb

1155 12.07.2024 04:24 Dünya A A

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına rekord sayda bilet satılıb.

APA xəbər verir ki, “France24“ portalının turnirin təşkilat komitəsinin rəhbəri Toni Estanqedən əldə etdiyi məlumata əsasən indiyə qədər 8.6 milyon bilet satılıb.

Təşkilatçılar Olimpiya oyunları üçün 8,6 milyon, Paralimpiya üçün isə daha bir milyon bilet satıblar. Bilet satışında son rekord 8,3 milyon biletlə 1996-cı ildə Atlantada keçirilən oyunlarda qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il Olimpia oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR