İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə Qorqud Ata Film Festivalı Şuşada keçiriləcək - Bursadan müjdə FOTO

1354 04.11.2022 10:06 Mədəniyyət A A

“Qorqud Ata Flm Festivalı film festivalından önəmli anlam kəsb edir. Adətən, film festivalında kinorejissorlar, aktyorlar, ssenaristlər mükafatlandırılır”.

Bunu Bursa şəhərində Türk dövlətlərindən gəlmiş media mənsubları ilə görüşən Türkiyənin mədəniyyət nazirinin müavini Ahmet Misbah Demircan söyləyib. Nazir müavini bildirdi ki, Qorqud Ata Film Festivalında da mükafatlandırmalar olacaq. “Amma əlavə bir şey var, orda Türk mədəniyyəti var. Türk kültürü doğaldır, təvazökarlıqdır, barışmaqdır. 30 il əvvəl əlaqələrimiz çox zəif idi.

Amma 30 il ərzində başqa əlaqələr var. Türk Dövlətlər Təşkilatının səyləri nəticəsində. İtirdiyimiz illərə görə bir-burimizi daha yaxından tanımağa ehtiyacımız var”-deyə, A.Demircan söylədi. Bildirdi ki, Qorqud Ata Film Festivalı Türk dünyasını tanıtmaq məqsədi güdür: “Dünyaya Türk dövlətlərinin Qala gecəsində ödüllərimizi verəcəyik. Sabah - 5 noyabrda - Sinema Zirvəmiz olacaq. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Türkiyədən gəlmiş 200 kino təmsilçisi bir araya gələcək. Bu insanları bir-birinə tanış etməyi hədəfləyirik. Biz istəyirik ki, Türk dövlətlərinin kino mütəxəssisləri bir araya gəlsin, birgə çalışsın. Həmçinin nazirlərimiz bir araya gələcək.

Natiq bildirdi ki, Qorqud Ata Film Festivalında 52 filmin bursalılara nümayiş etdirilməsi nəzərdə tutulur”.

Nazir müavini dedi ki, Uludağ Universitetindəki 70 min tələbənin 7 mini Türk dövlətlərindəndir, onlar da festivala dəvətlidir.

Nazir müavini onu da qeyd etdi ki, hələlik Şuşada ola bilməyib. “Gələn il festival Şuşaya getməyi planlaşdırır”-nazir müavini Türk dövlətlərinin media təmsilçilərinə xoş müjdə verdi.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR