İnsanlara hürriyət, millətlərə istiqlal!

"2022-ci il təhsil islahatları ilə yadda qalacaq" - Mehriban Vəliyeva

1152 07.09.2022 11:50 Təhsil A A

"2021-2022-ci il tədris işçiləri üçün nə qədər çətin adaptasiya dövrü olsa da, 2022-ci il bir o qədər təhsil islahatları ilə yadda qalacaq. Təhsildə baş verən son proseslər yeni bir mərhələnin başlandığını deməyə əsas verir".

Musavat.com-un məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, Bakı Şəhəri Təhsil idarəi 4 prinsipi əsas götürüb: əlçatanlıq, bərabərlik, keyfiyyət, səmərilik.

"Təhsildə keyfiyyətə təsir edən amillər çoxdur. Tədris dili və riyaziyyatı ölçmək üçün ilk dəfə ölkə üzrə ibtidai təhsilin monitorinqi həyata keçirildi. Nəticənin uğurlu olduğunu deyə bilərik. Rayonlar üzrə zəif məktəblərlə iş də bizim üçün əsasdır. 9-cu siniflərdə ana dilində tədris yaxşı olsa da, riyaziyyatda zəif nəticələri gördük. Bununla belə biz ölkə üzrə 6-cı yerdən 5-ci yerə qalxmışıq. İl ərzində 9-cu siniflərin nəticələrini yaxşılaşdırmaq üçün müəyyən işlər görmüşük. 8-ci siniflərdə də eyni tendensiyanı davam etdiririk. Ötən tədris ilində əsas məqsədlərimizdən biri 0-30 bal aralığında nəticələr yığan uşaqlarla iş idi. Düşünürəm ki, məqsədimizə çatıb, nəticəni yaxşılaşdıra bildik" - Mehriban Vəliyeva bildirib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR