İnsanlara hürriyət, millətlərə istiqlal!

2021-ci ildən bəri İLK DƏFƏ - Qiyməti 50 min dolları keçdi

2286 13.02.2024 01:30 İqtisadiyyat A A

Qlobal bazarda "Bitcoin"in (BTC) qiyməti 27 dekabr 2021-ci ildən bəri ilk dəfə 50 min dollar həddini keçib.

Musavat.com xəbər verir ki, bunu  “Coindesk” ticarət platformasının 12 fevral tarixinə olan məlumatları sübut edir.

Belə ki, kriptovalyuta hər BTC üçün 50 226 dollara çatıb.

Qeyd edək ki, əvvəlki maksimum 2024-cü ildə bir "Bitcoin" üçün 48 900 dollar olub. 

Xatırladaq ki, bu il kriptovalyuta məzənnəsində ən ciddi eniş yanvarın 23-də baş verib. Sonra "Bitcoin"in qiyməti 2023-cü ilin dekabr ayının əvvəlindən ilk dəfə olaraq 40 000 dollara, daha sonra 39 651 dollara çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR