İnsanlara hürriyət, millətlərə istiqlal!

2005-dən sonra görünməmiş TƏHLÜKƏ: Mobil telefonlar və enerji sistemləri zədələnə bilər

738 11.05.2024 18:04 Gündəm A A

Mayın 11-i gecə Yerdə maqnit qasırğası G5 gücündə ekstremal həddə çatıb.

Bu hal 2005-ci ilin avqustundan sonra ilk dəfə qeydə alınıb.

Maqnit qasırğasının gücü gecə boyu iki dəfə - Bakı vaxtı ilə saat 01.00 və 07.00-da G5 gücündə ekstremal həddə yüksəlib.

Alimlər bildirir ki, maqnit qasırğasının G5 həddinə çatması Yerdə müəyyən fəsadlara səbəb ola bilər. Qasırğanın təsirindən transformatorların və enerji sistemlərinin zədələnməsi mümkündür. Bundan başqa, kosmik aparatların oriyentasiyasında və peyklərlə rabitə kanallarında da problemlərin yaranması mümkündür.

Hazırda Yerdə maqnit qasırğasının nisbətən zəifləyərək, G4 həddində olduğu bildirilir.

Mayın 10-da Günəşdə son 25 ilin ən güclü partlayışı baş verib. Alimlər Yerdə güclü maqnit qasırğasının Günəşdəki partlayışın təsirindən yarandığını bildirirlər. (yenisabah.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR