İnsanlara hürriyət, millətlərə istiqlal!

200 min dollara QIZIL PASPORT - Bu ölkələrə vizasız giriş

1043 02.04.2024 14:40 Dünya A A

Dominikan Respublikası, Antiqua və Barbuda, Qrenada, Sent Kitts və Nevis Avropa İttifaqının təzyiqi ilə “qızıl pasportlar”ın qiymətini iki dəfə artıraraq, 200 min dollara çatdırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Martın 20-də imzalanan müqaviləyə əsasən, qiymət iyunun 30-dan qalxacaq.

Sənəddə “qızıl pasport”un minimum qiyməti 200 min dollara qədər müəyyən edilib.

Eyni zamanda, ölkələr vətəndaşlığı güzəştli qiymətlərlə almağa imkan verən boşluqları da aradan qaldırmağı öhdələrinə götürüblər.

Məlumata görə, Sent-Lüsiya müqaviləni imzalamayıb. Belə ki, bu ölkədə bir pasport 100 min dollara başa gəlir.

Qeyd edək ki, Karib hövzəsi ölkələri tərəfindən həyata keçirilən CBI proqramı ölkəyə sərmayə qoyuluşu müqabilində vətəndaşlıq verir.

Bu ölkələr hər il 579 milyon dollardan çox gəlir əldə edirlər ki, bu da regionun bəzi ölkələrinin milli gəlirinin yarıdan çoxunu təşkil edir.

“Qızıl pasportlar” Avropa İttifaqı, Böyük Britaniya və digər ölkələrə vizasız girişi təmin edir. Aİ-nin məlumatına görə, Karib hövzəsi ölkələri keçən il ən azı 88 min insana vətəndaşlıq verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR