İnsanlara hürriyət, millətlərə istiqlal!

2 nömrəli Tibb Kollecinin məzunları üçün əmək yarmarkası keçirilir FOTO

613 21.06.2023 15:53 Səhiyyə A A

İyunun 21-də Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində müəssisənin 2022/2023-cü tədris ilinin məzunları üçün əmək yarmarkası təşkil olunub.

“Karyerada ilk addım” devizi ilə keçirilən tədbirə kollecin “Tibb bacısı işi”, “Mamalıq işi”, “Müalicə işi” ixtisasları üzrə 405 məzunu cəlb olunub.

Tədbirin əsas məqsədi gənclərə nəinki tibbi təhsil verilməsi, eyni zamanda onların işlə təmin olunmasıdır. Müxtəlif işəgötürən qurumlar vaxtaşırı kollecə müraciət edib, orta ixtisaslı tibb kadrlarına ehtiyacları olduğunu bildirir və məzunlarla əlaqə saxlamaq istəyirlər. Həmin məzunların işlə təmin olunması məqsədilə kollec onların işəgötürən dövlət orqanları və qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələri, digər dövlət və özəl tibb və aptek təşkilatlarının nümayəndələri ilə görüşlərini təşkil edib.

Kollec tərəfindən tədbirdən əvvəl məzunlar üçün CV tərtibi və özünü təqdim etmə üzrə təlim keçirilib. Eyni zamanda, tibb müəssisələrinin və aptek təşkilatlarının nümayəndələri məzunlarla görüşərək vakansiyalar barədə məlumat veriblər və məzunların suallarını cavablandırıblar.

Tibb Kollecinin məzunları üçün təşkil olunan əmək yarmarkası iyunun 22-nə kimi davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR