İnsanlara hürriyət, millətlərə istiqlal!

1993-cü il, Bakı! Elçibəy Turqut Özalı qarşılayır - Unikal və tarixi kadrlar

7897 24.05.2022 10:45 Yaxın tarix A A

29 il öncənn aprel ayı. Türkiyə prezidenti Turqut Özalın Bakıya səfəri. Yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının o zamankı rəhbərliyi qardaş ölkənin liderini və onu müşayiət edən geniş tərkibli nümayəndə heyətini dövlət ərkanı ilə, yüksək səviyyədə qarşılayır. 

Bu qısa videokadrlarda yenidən dost-qardaş olmaq yolunda ilk addımlarını atan ölkələrin dövlət adamlarının ilıq münasibətləri açıq-aydın görünür. Hətta ilk baxışdan videokadrlarda görünən şəxslərdən kimin Türkiyəni, kimin Azərbaycanı təmsil etdiyini ayırd etmək olmur. 

O zamanlar üçün bu, olduqca mühüm bir səfər idi. Bu səfər Türkiyə-Azrbaycan qardaşlığı, müttəfiqliyi yolunda ciddi bir maneənin arxada qoyulması demək idi. Bundan əvvəl Azərbaycan prezidenti Əbülfəz Elçibəy də Türkiyəyə səfər etmiş, eyni təntənə və ehtiramla qarşlanmışdı. Gümanlar beləydi ki, qarşılıqlı səfərlər daha da intensivləşəcək və Azərbaycan-Türkiyə dostluğu ciddi dövlətlərarası sənədlərlə möhkəmlənəcək.

Fəqət, bu səfər Azərbaycan-Türkiyə müttəfiqliyini istəməyən xarici dairələri də sanki qəflət yuxusundan oyatdı. Bakıdan ölkəsinə qayıdan prezident Özal bir neçə gündən sonra müəmmalı şəkildə vəfat etdi, Azərbaycanda isə Rusiyaya bağlı 5-ci kolon, eləcə də hərbi qüvvələr fəallaşmağa, hərbi qiyam hazırlamağa başladılar, səfərin üstündən iki ay keçməmiş istəklərini həyata keçirdilər. 

Nəticədə Azərbaycan-Türkiyə qardaşlığı real və effektiv olaraq 20-25 il geri düşdü. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR