İnsanlara hürriyət, millətlərə istiqlal!

18 yaşı olanların NƏZƏRİNƏ! - 200 avro HƏDİYYƏ!

1848 02.10.2023 14:47 Maraqlı A A

14 iyun 2023-cü ildən başlayan Kulturpass xidməti ilə Almaniya 2005-ci il təvəllüdlü hər gəncə 200 avro dəyərində kupon verir. Oxşar təcrübə İspaniya, İtaliya, Fransa və Türkiyədə də mövcuddur.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək qeydiyyatdan keçən 320 min istifadəçidən 113 mini bu kupondan istifadə edib.

Məlumata görə, bu hüquqdan yararlana biləcək insanların sayı 750 mindir. Belə ki, müraciət uğurlu olarsa, 15-17 yaş arası olanlar da gələcək illərdə bu fürsətdən yararlanacaqlar.

Qeyd edək ki, 200 avroluq kuponla gənclər kinoya, konsertə, teatra gedə, kitab ala bilərlər. Kartdan yalnız gənclərin şəxsən getdiyi tədbirlərdə və ya mağazalarda istifadə oluna bilər.

Bildirilib ki, Almaniya gənclər üçün “Mədəniyyət kartı” pilot layihəsini həyata keçirərkən digər Avropa ölkələrini nümunə götürüb. Məsələn, İtaliyada “18app” adlı tətbiqlə 2016-cı ildən bu yana 18 yaşı tamam olanlara 500 avroluq çeklər verilir.

Fransada isə 2021-ci ildən 18 yaşı tamam olanlara 300 avro büdcə ayrılıb. Birinci ildə gənclər bu büdcənin dörddə üçünü kitablara xərcləyib.

Qardaş Türkiyədə 18-25 yaş arası bütün gənclərin muzeylərə və tarixi yerlərə pulsuz daxil ola bilməsi üçün “Müzekart GNS” tətbiqi istifadəyə verilib. Kart sahibləri ölkə üzrə 300-dən çox muzey və tarixi yerləri pulsuz görmək imkanı əldə edəcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR