İnsanlara hürriyət, millətlərə istiqlal!

16 mindən çox şagird təmayül sinifdə təhsil alıb 

845 13.06.2023 15:42 Təhsil A A

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 014 şagird təhsil alıb.

BŞTİ-dən Musavat.com-a verilən məluamata görə, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

BŞTİ-dən o da bildirilir ki, paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.

Layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 19 ümumi təhsil müəssisəsində 108 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin Bakıdakı 31 məktəbdə 47 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu da təşkil olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR