İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı oğlunun öldürdüyü Qəhrəman həbsdən yeni çıxıbmış - YENİ DETAL

2063 23.12.2023 21:35 Kriminal A A

Balakəndəki qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Balakən şəhər sakini, 48 yaşlı Qəhrəman İlyas oğlu Bayramovun meyiti İsaxlıgirmə yaşayış məntəqəsinin yaxınlığındakı çaydan tapılıb.

Q.Bayramovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Əldə olunan məlumata əsasən, Q.Bayramov cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb. O, bir-neçə gün əvvəl həbsxanadan azadlığa çıxıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

***

Balakəndə 48 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Musavat.com-a Balakən rayon prokurorluğundan bildirilib.

Dekabrın 23-də saat 13 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan C.B-nin kəsici-deşici alətlə xəsarət yetirərək atası Qəhrəman Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Balakəndə atasını öldürməkdə şübhəli bilinən oğlu saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun 2008-ci il təvəllüdlü oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR