İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşında itkin düşən qız İranda tapıldı - GÖRÜN NECƏ.....

1732 12.12.2023 22:49 Dünya A A

Türkiyə vətəndaşı olan 14 yaşlı qız İranda tapılıb.

Beləki, qızlarından xəbər ala bilməyən ana və ögey ata 2021-ci ildə polisə müraciət ediblər.

Araşdırmalar zamanı qızın İranda olduğu müəyyən edilib. Qızın İranda məruz qaldığı zorakılıq nəticəsində hamilə qaldığı və ötən il uşaq dünyaya gətirdiyi müəyyən edilib.

Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi uşağın yeri müəyyən edildikdən sonra tədbir görüb və polis bölmələri ilə əməkdaşlıq nəticəsində 14 yaşlı qız körpəsi ilə birlikdə Türkiyəyə gətirilib.

Mahinur Özdemir Göktaşın izlədiyi prosesin sonunda qız və körpəsi dövlət himayəsinə götürülüb.

Sağlamlıqlarının yaxşı olduğu bildirilən qızın və körpəsinin fiziki və psixoloji inkişafı nəzərə alınaraq uyğun sosial xidmət modellərindən yararlanmağa başladığı öyrənilib.//Manset.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR