İnsanlara hürriyət, millətlərə istiqlal!

124 mindən çox vətəndaş ödənişli ictimai işlərə cəlb olunub

731 28.12.2022 15:45 Sosial A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST İş Mərkəzi tərəfindən bu günədək 124 mindən çox vətəndaş əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub.

Musavat.com xəbər verir ki, onların 47680 nəfəri ilə 2019-cu ildə, 45 mindən çoxu ilə 2020-ci ildə, 25 minə yaxın vətəndaşla 2021-ci ildə əmək müqaviləsi bağlanılıb. Hazırda ictimai iş yerlərinin sayı 56 mindir. Bu il isə DOST İş Mərkəzi tərəfindən 6903 vətəndaşla əmək müqaviləsi imzalanıb.

DOST İş Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Rüfət Seyidovun sözlərinə görə, şəhid ailəsinin üzvlərinin, veteranların və fiziki məhdudiyyətli şəxslərin işlə təmin olunması Mərkəzin prioritet istiqamətləri sırasındadır:

“Bu məqsədlə indiyədək 1000-ə yaxın şəhid ailəsinin üzvü, 2200-dən çox veteran və 4 mindən çox fiziki məhdudiyyətli şəxs DOST İş Mərkəzi tərəfindən işlə təmin olunub. Bu ili xüsusi edən daha bir məsələ Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti  Ağalı kəndində yaşayan vətəndaşların sosial işlərə cəlb olunması üçün kənd ərazisində yerləşən müəssisələrdə 30 vakant yerin açılması oldu. Növbəti ildə Qarabağa qayıdış proqramı ilə paralel işlə təminat prosesi davam etdiriləcək.

Ümumilikdə 78 rayon və şəhər daxil olmaqla 18 iri dövlət müəsisəsi ilə DOST İş Mərkəzi arasında əməkdaşlıq var. 2022-ci ildə Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsi, Azərbaycan Televiziya və Radio verilişləri QSC, Şərqi Zəngəzur İqdisadi rayonunda 1saylı Tikinti Bərpa İdarəsi  ilə yeni əməkdaşlığımız oldu. Əməkdaşlıq çərşivəsində 260 vakant yer həmin müəssisələr üçün ayrıldı. Hazırda DOST İş Mərkəzinin sosialyönümlü işlərində çalışan vətəndaşların 70%-i kişilərdir. Gələcəkdə qadınların da sosial işlərə marağının artırılması üçün işlər görüləcək.

“DOST İş Mərkəzi sosial işçilərin fəaliyyətini müşahidə etmək üçün müntəzəm olaraq monitorinq tədbirləri həyata keçirir. Bu il təşkil olunan tədbirlərin sayı 195-dir. Məqsəd isə şəffaflığın təminidir. Təcrübə göstərir ki, rüşvətlə mübarizədə, əmək qanunvericiliyinin pozulmasının qarşısını almaq üçün monitorinq tədbirləri son dərəcə vacibdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR