İnsanlara hürriyət, millətlərə istiqlal!

12 yaşlı qızını nişanlandıran ata ilə bağlı QƏRAR VERİLDİ

1528 30.12.2023 20:06 Kriminal A A

Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

Daxili Işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR