İnsanlara hürriyət, millətlərə istiqlal!

12 yaşlı məktəbli yeniyetməni öldürüb meyitini meşədə gizlətdi

1373 19.09.2022 20:52 Kriminal A A

Rusiya Federasiyasının Krasnoyarsk vilayətində məktəblinin açdığı atəş nəticəsində yeniyetmə həlak olub.

Belə ki, 12 yaşlı oğlan babasından seyfin açarını alaraq 14 yaşlı yoldaşı ilə meşəyə ov silahından atəş açmağa gedib.

Elə ilk atəşdə güllə onun yoldaşının üzünə dəyib. Yeniyetmə yerindəcə keçinib.

Bundan qorxan uşaq hadisə barədə balaca qardaşına və onun tanışına danışıb. Oğlanlar ölən yoldaşlarının üstünü budaqlarla örtərək, onu meşədə gizlədiblər.

Hadisə barədə məlumatı isə böyüklərə kiçik qardaşın tanışı çatdırıb.

Faktla bağlı araşdırma başladılıb.

Mənbə: Vesti.ru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR