İnsanlara hürriyət, millətlərə istiqlal!

111 yaşlı kişinin sağlamlıq sirri: Üç məhsul

2685 10.07.2024 08:00 Dünya A A

“Mənim 111 yaşım var və övladlarımdan onundan daha çox yaşamışam”.

Musavat.com xəbər verir ki, bu sözləri: 111 yaşlı Ben Ngemani Mabuza deyib. O, uzunömürlülüyünün sirrini də açıqlayıb. 

Planetin ən yaşlı sakinlərindən biri, Cənubi Afrikadan olan 111 yaşlı Ben Ngemani Mabuza əmindir ki, sadə pəhrizə riayət etmək onun uzun müddət yaşamasına və gec-gec xəstələnməsinə kömək edir.

"Hər gün sıyıq, ət və Afrika ispanaqının vəhşi növü olan moroqo yeyirəm”, - o, deyib.

Bununla belə, Mabuzanın uzunömürlü olmasının ağır bir tərəfi də var. O, həyat yoldaşını və 12 uşağından 10-nu itirib.

Onun 99 yaşı olan kiçik qardaşı Mui də hələ sağdır.

Ben Ngemani Mabuza deyib ki, özünü yaxşı hiss edir və heç vaxt ciddi xəstəliklə xəstəxanaya getməyib. Ola bilsin ki, o, tezliklə planetin ən yaşlı sakini kimi Ginnesin Rekordlar Kitabına düşə bilər. Hazırkı rekordçu Mabuzadan cəmi bir yaş böyük olan britaniyalı Con Alfred Tinnisvuddur. 

 

Musavat.com 

photo_2024-07-09_23-50-26.jpg (196 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR