İnsanlara hürriyət, millətlərə istiqlal!

11 ayda işlə təmin edilənlərin sayı açıqlanıb

664 23.12.2022 16:00 Sosial A A

"2022-ci ilin sonuna kimi 40 minə qədər vətəndaşın işlə təmin edilməsi gözlənilir. İlin 11 ayı ərzində bu rəqəm 36 min 61 nəfər təşkil edir".

Musavat.com-un məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

O qeyd edib ki, 2022-ci ildə 5841 nəfər haqqı ödənilən ictimai işlərə (birgə maliyyələşmə) cəlb edilib: "718 nəfər sosial iş yerlərinə işə qəbul olunub. Kvota üzrə işlə təmin edilənlərin sayı 848 nəfərdir. Peşə hazırlığına 4019 nəfər cəlb edilib. 48 min 938 nəfərə peşəyönümlü məsləhət xidməti göstərilib. Özünüməşğulluq proqramına 15 min 859 nəfər cəlb edilib. 5789 nəfərə işsizlikdən sığorta ödənişi edilib. İlin sonuna 6333 nəfərə işsizlikdən sığorta üzrə ödəniş təyin edilməsi nəzərdə tutulur".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR