İnsanlara hürriyət, millətlərə istiqlal!

10 yaşlı uşağın faciəvi ölümü

1242 13.05.2024 19:15 Dünya A A

Ordunun Gölköy rayonunda dünən evlərinin yaxınlığındakı fındıq bağında dostları ilə oynayan Kadir Efe Kayhanın (10) üzərinə telefon dirəyi aşıb.

Musavat.com news24.az-a istinadən xəbər verir ki, ailəsinin xəbəri üzərinə hadisə yerinə polis və tibb işçiləri sövq edilib.

Ağır yaralanan Kadir Efe Kayhan ilk müdaxilənin ardından təcili yardımla Gölköy Dövlət Xəstəxanasına, daha sonra Ordu Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Burada müalicə alan uşağı bu gün səhər edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Polis qrupları hadisə ilə əlaqədar araşdırma başladıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR