İnsanlara hürriyət, millətlərə istiqlal!

10 mindən çox hərbçi Hörmüzü blokadaya aldı

1479 14.04.2026 22:57 Dünya A A

ABŞ Hörmüz boğazında genişmiqyaslı hərbi əməliyyata start verib.

Musavat.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM)-un açıqlamasına görə, əməliyyata 10 mindən çox ABŞ dənizçisi, dəniz piyadası və Hərbi Hava Qüvvələrinin hərbçisi, eləcə də 10-dan artıq hərbi gəmi və onlarla təyyarə cəlb olunub.

Reuters və The Wall Street Journal kimi nüfuzlu xarici agentliklərin yaydığı məlumata əsasən, əməliyyat çərçivəsində İran limanlarına daxil olan və oradan çıxan gəmilər nəzarətə götürülür.

Məlumatda bildirilir ki, ilk 24 saat ərzində heç bir gəmi blokadanı yarmağa nail olmayıb. Eyni zamanda, 6 ticarət gəmisinə geri dönmək əmri verilib və onlar bu göstərişə əməl edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR