İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda taksi ağır qəza törətdi: 3 iranlı tələbə...

749 04.07.2026 10:49 Hadisə A A

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.

Musavat.com Teleqraf-a istinadla xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi "Toyota" markalı avtomobilə digər nəqliyyat vasitəsi çırpılıb.

Qəza zamanı taksidə olan sərnişinlər – İran vətəndaşları Məryəm Afşari, Ayda Musa, Şakila Şafari və 2017-ci il təvəllüdlü Afza Abdullah Zadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə çatdırılaraq hospitalizasiya ediliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alanlardan üçü Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR