İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda imzalanan bəyannamədə kommunikasiyaların açılması vurğulandı

641 09.08.2025 01:25 Son xəbər A A

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşün nəticələrinə dair birgə bəyannamə imzalayıblar.

Musavat.com xəbər verir ki, sənəddə regionda və qonşu ərazilərdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün kommunikasiyaların açılmasının əhəmiyyəti xüsusi qeyd olunub.

Bildirilib ki, bu addımlar Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını, eləcə də Ermənistan üçün beynəlxalq və ölkədaxili nəqliyyat imkanları üzrə qarşılıqlı faydaları təmin edəcək. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR