İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna uğrunda döyüşlərdə həlak olan azərbaycanlı döyüşçü Kiyevdə dəfn edildi - FOTO, VİDEO

1088 07.04.2024 00:26 Hadisə A A

Ukrayna uğrunda döyüşlərdə həlak olan daha bir azərbaycanlı döyüşçü Əsgərov Faiq Tahir oğlu ilə paytaxt Kiyevdə vida mərasimi keçirilib.

Musavat.com-a bu barədə Ukraynadakı diasporumuzun aparıcı üzvlərindən biri, iş adamı Yalçın Qəhrəmanoğlu bildirib. Qeyd edib ki, 37 yaşlı soydaşımız Donetsk istiqamətində həlak olub. Y.Qəhrəmanoğlu deyib ki, Faiq Əsgərov diaspora quruculuğunda da fəali iştirak edib. Eyni zamanda Ukrayna uğrunda döyüşlərdə həlak olan qəhrəman azərbaycanlıların adlarının əbədiləşdirilməsi ilə bağlı işlərdə də təşəbbüskarlardan biri olub. Yalçın bəy qeyd etdi ki, bir neçə gün öncə qəfil vəfat edən jurnalist İdrak Camalbəyli də bu istiqamətdə böyük əmək sərf edib, hər zaman əlindən gələni edib, azərbaycanlı döyüşçülərlə bağlı qiymətli kadrları toplayıb, səlnamə yaradılmasında dəstəyini əsirgəməyib.

“Bu istiqamətdə tanımadığımız şəxsləri də axtarırdıq. Həmçinin sağ olanlarla da kommunikasiya yaradırdıq ki, millətimizin adına nələrsə edək”, deyən Y.Qəhrəmanoğlunun sözlərinə görə, ümumilikdə Rusiya-Ukrayna döyüşlərində Ukraynanın ərazilərinin xilası uğrunda 56 azərbaycanlı həlak olub.
Əslən Şəmkir rayonundan olan Əsgərov Faiq Tahir oğlunun dəfn mərasimi Lesnoyda - Qəhrəmanlar Məzarlığında baş tutub.


Allah rəhmət eləsin!



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR