İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah qlobal bazarlar dalğalanacaq – Bloomberg

511 14.04.2024 19:55 Dünya A A

Yaxın Şərqdə böhranın dərinləşməsi sabah hərraclar başlanan zaman maliyyə bazarlarında volatilliyi artıracaq.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentlik gələn həftə geosiyasi vəziyyətin maliyyə bazarlarına təsir edəcəyini proqnozlaşdırır. Lakin bu təsirin səviyyəsi İranın İsrailə hücumunun cavab reaksiyasına səbəb olub-olmamasından asılı olacaq. Prosesə uzunmüddətli inflyasiya və faiz dərəcələrinin yüksəldilməsi perspektivi də təsir edir.

Bununla belə, Tehranın İsrailə qarşı əməliyyatın başa çatdığını elan etməsindən, həmçinin ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahuya İsrailin İrana qarşı hücum əməliyyatlarına ABŞ-ın dəstəyinin olmadığını bildirməsindən sonra bazarlarda əsəbilik səngiyə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR