İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nüvə ilə bağlı mövqeyini açıqladı: ABŞ-ın hərəkətlərindən asılı olaraq...

478 22.04.2024 17:07 Dünya A A

Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinə (CTBT) sadiq qalır, lakin ABŞ-ın hərəkətlərindən asılı olaraq mövqeyini dəyişə bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov CTBT Hazırlıq Komissiyasının icraçı katibi Robert Floyd ilə görüşdə bildirib.

Ryabkov Floyda CTBT-nin ratifikasiyasını geri götürməsinin səbəbini izah edib, lakin vurğulayıb ki, Rusiya onun müddəalarına sadiq qalmaqda davam etmək niyyətindədir və 1992-ci il prezidentin fərmanı ilə nüvə sınaqlarına qoyulmuş moratoriumu ləğv etməyəcək.

“Bu xəttin gələcəkdə də davam edib-etməyəcəyi tamamilə ABŞ-ın hərəkətlərindən asılıdır”, - nazirlik vurğulayıb.

Qeyd edək ki, 2023-cü il noyabrın 2-də Rusiya prezidenti Vladimir Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasını ləğv edən qanunu imzalayıb. G7 ölkələri Rusiya Federasiyasının CTBT-nin ratifikasiya sənədini geri götürməsi qərarından təəssüfləndiklərini bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR