İnsanlara hürriyət, millətlərə istiqlal!

Real TV 6 yaşında!

682 15.03.2024 16:43 Media A A

Bu gün Real TV-nin yaranma günüdür.

Musavat.com xəbər verir ki, telekanalın 6 yaşı tamam olur.

“Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dan 02:00-dək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib.

17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib.

23 aprel 2019-ci ildə Real TV Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.

Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.

Real TV Azərbaycanın ilk xəbər kanalıdır. 

Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.

Real TV-yə tanınmış jurnalist Mir Şahin Ağayev rəhbərlik edir.

"Yeni Müsavat" Media Qrupu olaraq həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR