İnsanlara hürriyət, millətlərə istiqlal!

Devid Kamerondan Ukrayna ilə bağlı SENSASİON AÇIQLAMA

1096 03.05.2024 16:36 Dünya A A

“Ukrayna Rusiya ərazisinə Britaniya silahları ilə hücumlar təşkil edə bilər”.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş baş naziri, hazırda ölkənin xarici işlər naziri vəzifəsini icra edən Devid Kameron danışıb.

Kameron həmçinin Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyinə söz verib. Onun sözlərinə görə, London hər il “lazım olduğu qədər” 3 milyard funt sterlinq verəcək.

Devid Kameron Böyük Britaniyanın silah təminatı baxımından əlindən gələn hər şeyi edəcəyini də açıqlayıb.

Xatırladaq ki, aprelin 23-də London Ukraynaya ölkə tarixində 617 milyon dollar (500 milyon funt sterlinq) məbləğində ən böyük yardım paketini təqdim etdiyini açıqlayıb. Buraya Ukraynanın təcili ehtiyac duyduğu döyüş sursatı, hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və mühəndislik avadanlıqları daxildir.

Hərbi yardım paketinə həmçinin hədəf vurma məsafəsi təxminən 250 kilometr olan “Storm Shadow” qanadlı raketlərinin yeni partiyası, 1600-dən çox zərbə və zenit raketləri daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR