İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda keçmiş daxili işlər naziri həbs olundu

513 30.04.2024 23:30 Dünya A A

Qazaxıstanda keçmiş daxili işlər naziri Yerlan Turqumbayev hakimiyyət və vəzifə səlahiyyətlərinin aşılması (ağır nəticələrə səbəb olduqda) ittihamı ilə həbs olunub.

Bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Prokurorluğun məlumatında bir sıra təfərrüatlar verilmir və qurum bunun bir hissəsinin dövlət sirri olduğunu və ya məhkəməyə qədər açıqlanması mümkün olmayan məlumat olduğunu bildirir.

2024-cü ilin martında Baş Prokurorluğun müstəntiqləri Turqumbayevi 2022-ci ilin yanvar hadisələri zamanı hüquq-mühafizə orqanlarının səlahiyyətlərini aşmasına dair iddialarla bağlı dindirmək üçün dəvət etmişdilər. O vaxt onun prosessual statusu barədə heç nə deyilmirdi.

2022-ci ilin yanvar hadisələrindən bir ay sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Turqumbayevi vəzifəsindən azad etmiş, amma o prezidentin müşaviri təyin olunmuşdu.

Həmin hadisələr zamanı güc nazirlikləri əməkdaşlarının etiraz aksiyaları iştirakçılarına qarşı zorakılığa yol verdikləri deyilirdi.

2023-cü ildə Turqumbayev Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror strukturunun müşaviri təyin olunmuşdu.//Azadlıq Radiosu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR