İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın rəqibindən iddialı çağırışlar

1015 30.08.2025 16:45 Son xəbər A A

İrəvan həbsxanasında olan rusiyalı iş adamı Samvel Karapetyan növbəti dəfə Nikol Paşinyana gövdə göstərməyə çalışıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Karapetyan “Bizim yolumuzla” xalq könüllüləri hərəkatı yarandıqdan sonra komandasının daha mütəşəkkil şəkildə fəaliyyət göstərəcəyini açıqlayıb.

Bildirib ki, müxtəlif istiqamətlər üzrə məqsədyönlü proqramlar hazırlanacaq.

“Əminəm ki, biz birlikdə ölkəmizin həyatında yeni mərhələ başlada biləcəyik. Erməni xalqı layiqli yaşamağa, dövlətimiz isə hörmətə layiqdir. Biz bütün bunlara gündəlik fədakar əməklə nail olacağıq”, - iş adamı iddialı danışıb.

S.Karapetyanın mesajında ​​daha sonra deyilir ki, biz bunu “Bizim yolumuzla” edəcəyik.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR