İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir

8099 09.08.2025 04:46 Son xəbər A A

Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir.

Bu barədə "Report" Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

XİN qeyd edib ki, Paris Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bakı - İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş razılaşmaları alqışlayır.

"ABŞ-nin səyləri nəticəsində əldə edilən nəticələr irəliyə doğru atılmış qətiyyətli addımı göstərir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiyası bu prosesi başa çatdıracaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvinə başlamaq üçün birgə müraciətini dəstəkləyir", - XİN-dən vurğulayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR