İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO

883 25.04.2024 01:56 Ölkə A A

“Ötən həftə Azərbaycan bir güllə də atmadan yeni qələbə qazanıb”.

Bu barədə Türkiyənin “Haber Global” telekanalının hazırladığı süjetdə bildirilib.

Qeyd olunub ki, Ermənistan işğal etdiyi dörd kəndin geri qaytarılmasını qəbul edib və bu çərçivədə əraziyə ilk sərhəd daşları qoyulub.

“Lakin İrəvan administrasiyası sülh sazişi istiqamətində mühüm addımlar atsa da, silahlanmaqda davam edir. Bakıda ADA Universitetində çıxış edən Prezident İlham Əliyev bu vəziyyətə diqqət çəkib. Dövlət başçısı Azərbaycanın əsassız iddialarla hədəfə alındığını da deyib. O, bəzi ölkələrin faktiki olaraq Azərbaycana qarşı soyuq müharibəyə başladığını vurğulayıb. Prezident cavab tədbirləri gördüklərini bildirib”, - videomaterialda qeyd edilib.

Daha ətraflı “Haber Global”ın süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR