Свобода людям, независимость нациям!

Siz ey, əziz müəllimlər

Hər sənətin, peşənin zirvəsi olur deyirlər. Sən ən uca zirvəsən. Adina nə dağ var, nə düz, nə kənd var, nə şəhər. Onların hamısını qurub yaradanlara bunu öyrədənsən sən. Gördüyümüz işləri sənin öyrəndiklərin olmadan aca bilməzdik.

Özümə aid xatırələrim var səninlə bağlı. Bəzən balaca qız cocuğu, bəzən sözəbaxmayan şagird, bəzən hay-küylü, şıltaqlığı var o xatirələrin. Bir də bir xatirəm var... O ildə yediyim bir sillənin xatirəsi. Ən sevdiyim dərsə və müəllimə sayğısızlıq da var idi bu olayımda.

Bəzən birinə sədaqətli olmaq, zünü bada vermək hamıdan əvvəl özünə xəyənətdir deyirlər. Mən sevdiyim tarix müəllimimdən cəza almışdım. Başqa sinfin uşaqlarına dərsliyimi verib, özüm günlərdir dərs oxumadığıma görə. Cəza çox ağır idi. Bu qulaq çəkilməsi deyildi. Danlaq da deyildi. Yaxşıca bir sillə idi sillə. Bəlkə o sillə, o anda vurulmasaydı həyatım başqa tərəfə yönələrdi. Seyfi müəllim o silləni vurub özü də kövrəlmişdi. Bir həyat dərsi olacaq bircə cümlə demişdi mənə: “Oxumamadığına yox, aşırı üyəriyumşaq, güzəştə gedən, fədakar olmağına yanıram, qız...”

Doğrudur, üçü də yaxşı, insani keyfiyyətdir, amma hər şey aşırı olanda altını, cəzasını özün çəkirsən. Kimsə dada yetmir. Sən məsələn, bir müəllimdən bir ömür unutmayacağın sillə alırsan. Sonra həyatın tam dəyişir. Paytaxta gəlirsən, oxuyub tələbə olursan. İctimai həyatda aktivlik göstərirsən. Ən vacibi hər şeyin aşırısının mütləq insana və insanlığa ziyan olduğu dərsini almış olman səni xeyli təlikələrdən qoruyur...

...Günlərin birində səni sən edən hər kəsi ziyarətə getmək istəyirsən. Doğulub böyüdüyün rayonda qarşında duran atrıq yaşının ahıl dövrünü yaşyan bir ağ saçlı kişini sən tanıyırsan. Sən onun yadında qalmısanmı? Bunu bilmədiyin üçün özünü təqdim eləyəndə dönüb sənə deyir ki, “sən bilirsən də mən o silləni niyə vurmuşdum”...

Onda gözlərin dolur, əyilib əlini öpüb, alnına qoyub yavaşcadan “əlbətdə” deyirsən. Deyirsən ki, bilirəm, əziz müəllimim, amma mən başqası ola bilmədim, elə o mənəm. Sən məndən bəlkə də görmək istədiyin adamı düzəldə bilmədin.. Ya da bəlkə düzəltmisən sadəcə mən özümdən narazıyam. Çünki bunu da sən demişdin “ölsən də özündən razı qalma, o gün bitərsən”...

İndi sənin simanda məni yönləndirən əlimdən tutub yazı yazdıran, həyatımı qazandıran xeyli pedaqoq haqqın dərgahındadır. Bizsə sizlərin bizə cizdiyi yolla hələ ki, həyata davam etməkdəyik. Sizin bizi saldığınız cığırla imkan olsa biz də kimlərisə aparmaq istəyirik müəllim yox sadəcə insan olaraq. Bilmirəm nə qədər bacaracağıq, hər halda cəhdlərimiz var, özümüzə ümidlərimiz də böyükdür. Necə ki, sən özünə və bizə ümidli idin...

...Sənə ithaf olunan bu yazının əvvəlində qeyd elədim ki, hər sənətin peşənin zirvəsi olur. Müəllimlik peşələrin zirvəsidir. Yəqin bir də həyatın möcüzəsi. Çünki bütün istedadlı insanlar, savadlı, ziyalı adamları yetişdirən odur. Onu milyonların içindən seçib hamıdan fərqləndirən hansı möcüzədirsə, öza adıma ona minnətdaram. Bir də bu gün təqvimdə sənə verilən günü qeyd edirik hamılıqla. Həytda olanlar qədər olmayanların bayramıdır bu. O üzdən bayramın mübarək əziz MÜƏLLİM!..Bayramınız mübarək əziz MÜƏLLİMlər!..

 

Новости автора