İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər Qurultayı - "Qarabağa qayıdış" yolunda növbəti addım

1092 27.04.2022 10:00 KİVDF layihələri A A

Cavid İsmayıl: “Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq,  erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırdı”

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi “Qarabağa böyük qayıdış” istiqamətində atılmış addımlardan biri oldu.

İşğaldan azad ediləndən sonra Qarabağda keçirilmiş ən böyük tədbir olan və Zəfər Qurultayı adını almış bu tədbirdə bütün dünyaya azərbaycanlıların birliyi  mesajı verildi. 

Qeyd edək ki, artıq Milli Məclisin komitələrindən bəzilərinin iclaslarının Şuşada keçirilməsi ənənə halını almaqdadır. Belə ki, aprelin 8-də Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilmişdi. İndi də aprelin 27-də parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşada birgə iclası baş tutacaq. Artıq iclasın gündəliyi də məlumdur: “İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər”, “Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu”, “Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələr”.

Əslində bu cür iclasların Şuşada keçirilməsi də “Qarabağa qayıdış” istiqamətində atılan addımlardan biri sayılmalıdır. Bir sözlə, addım-addım o doğma yerlərə gedirik...

Возможно, это изображение 5 человек и люди стоят

Zəfər Qurultayının iştirakçılarından olan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl təəssüratlarını bizimlə bölüşdü: “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi. İndiyə qədər reallaşan dörd qurultayın hər birindən sonra qəlbi vətən eşqi ilə döyünən azərbaycanlıların ürəyindən ”gün o gün olsun ki, dünya azərbaycanlılarının növbəti qurultayı Qarabağda, Şuşada keçirilsin" arzusu, duası keçirdi. Və budur, həmin gün gəlib çatdı. 22 aprel məhz həmin gün idi. Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra Dünya Azərbaycanlılarının V Qurultayı tarixdə ilk dəfə olaraq Qarabağ torpağında, Şuşa şəhərində keçirildi. Təsadüfi deyil ki, bu toplantı Zəfər Qurultayı adlandırılır və bütün dünya azərbaycanlıları bu böyük hadisəyə görə rəşadətli Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə və təbii ki, Müzəffər Ali Baş Komandana minnətdarlıqlarını bildirdilər.

Возможно, это изображение 1 человек, стоит, памятник и на открытом воздухе

Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda - Şuşada keçirilməsi həm də bütün dünyaya mesaj idi. Yəni dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər. Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırdı.

Возможно, это изображение 5 человек, люди стоят, костюм и на открытом воздухе

Digər tərəfdən, Vətən müharibəsi zamanı böyük qələbənin əldə olunmasında dünya azərbaycanlılarının da əhəmiyyətli rolu var. Həmin vaxt qəlbində vətən sevdası olan hər bir azərbaycanlı yaşadığı ölkədə Azərbaycanın təbliği ilə məşğul idi. Onlar Azərbaycanın səsini yaşadıqları ölkələrdə qaldırırdılar və qələbəmizin təbliği üçün əllərindən gələni etdilər. Ona görə onların da Şuşanı görməyə haqları vardı. Zəfər Qurultayı həm də Azərbaycan dövlətinin onlara bu haqqı tanımasının nümayişi idi".

C.İsmayıl bu tədbirlə düşmənə dağ çəkildiyini qeyd etdi: “Şübhəsiz ki, Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı həm də ”Böyük qayıdış"ın ən böyük müjdəçisi idi. Dünyanın hər yerindən azərbaycanlıların məhz Şuşaya toplaşması bütün dünyaya Azərbaycan dövlətinin ciddi siyasi mesajı idi ki, Qarabağ və onun döyünən ürəyi olan Şuşa bütün azərbaycanlılara məxsusdur, onu heç kim bizdən ala bilməz, Ermənistan və onun havadarları Azərbaycan xalqının Şuşanı və bütövlükdə Qarabağı güzəştə gedəcəyini gözləməsin. Prezident İlham Əliyevin qurultaydakı çıxışının sonunda söylədiyi “Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz” sözləri əslində bu fikrin ən ali səviyyədə ifadəsi idi".

 CAVANŞİR ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR