İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını AÇIQLADI

2289 21.09.2023 12:49 Qarabağ xəbərləri A A

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Z.Həsənov bu barədə sentyabrın 21-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə telefon danışığı zamanı bildirib.

Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə edilən hərbi uğurlardan danışıb.

Müdafiə naziri antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlığının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR