İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuval Noah Hararinin Bakıda oxucularla görüşü keçirilib FOTO

696 02.10.2023 11:54 Mədəniyyət A A

Oktyabrın 1-də Daş Salnamə Muzeyində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn məşhur yazıçı və tarixçi Yuval Noah Hararinin oxucularla görüşü keçirilib.

Y.N.Harari tədbir iştirakçılarının müxtəlif mövzularda suallarına cavab verib.

İsrailli yazıçı, tarixçi, futuroloq Y.N.Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb.

Y.N.Harari doktorluq dissertasiyasını 2002-ci ildə Oksford Universitetində müdafiə edib. Hazırda Qüds Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələri süni intellektin sürətli inkişafı və onun cəmiyyətə potensial təsirləri barədə, tədqiqatları isə “Tarix və biologiya arasında hansı əlaqə var?”, “Tarix öyrənildikcə insanlar daha çox xoşbəxt oldularmı?”, “XXI əsrdə elm və texnologiya hansı məsələləri gündəmə gətirir?” kimi makrotarixi suallar ətrafındadır.

Xatırladaq ki, kosmos sahəsinin ən nüfuzlu tədbiri olan Beynəlxalq Astronavtika Konqresi oktyabrın 2-6-da Bakıda keçiriləcək. Tədbir “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunub. Y.N.Harari konqresin fəxri qonağıdır.

SONLUQ 5.jpg (3.17 MB)

SONLUQ 4.jpg (3.41 MB)

 

SONLUQ 2.jpg (3.40 MB)

SONLUQ 1.jpg (2.82 MB)

SONLUQ.jpg (4.11 MB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR