İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenidən qurulan Ağdamdan ŞOK edən görüntülər

1864 31.03.2024 12:46 Qarabağ xəbərləri A A

Artıq 3 ildir ki, işğaldan azad olunan Ağdam şəhəri bu gün müasir şəhərsalmanın ən son modeli əsasında yenidən dirçəlir.

Qeyd edək ki, hazırda dövlət başçısının tapşırığına uyğun olaraq birləşdirilən kəndlər və əhalinin artımı nəzərə alınaraq şəhər 100 min nəfər əhali üçün tikilir.

Şəhərin ərazisində Sənaye Parkının inşası uğurla davam etdirilir və artıq istehsal müəssisələrindən bir neçəsi işə salınıb. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə zəmin yaradacaq. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Yaşayış məhəllələri ilə yanaşı, şəhərin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq və 22,5 hektarlıq ərazi Pənahəli xanın İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, İşğal və Zəfər muzeyləri kompleksini əhatə edəcək. Ərazinin bir başında İşğal muzeyi, digər başında isə Zəfər muzeyi yerləşəcək. Onların arasında açıq səma altında 18 hektarda Memorial bağ salınacaq. Şəhər müasir üslubda bərpa edilsə də Memorial bağda xarabalıqlar, dağıdılmış binalar saxlanılacaq. Onlar olduğu kimi qorunacaq.

Onu da qeyd edək ki, yaxın illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilməsi, bu evlərə 42361 vətəndaşın köçürülməsi nəzərdə tutulur.

Beləliklə, Ağdam tezliklə Azərbaycanın böyük sənaye və turizm şəhərlərindən biri olacaq.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR