İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenicə azad olunmuş Aşağı Əskipara kəndinin Boz QURDLARI - FOTOLAR

9778 26.04.2024 15:20 Ölkə A A

Xəbər verdiyimiz kimi, Qazax sakinləri illərdir Ermənistanın işğalında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşmanı böyük sevinclə qeyd edirlər. Onlardan biri də Aşağı Əskiparanın üzünü belə görməyən şagirdlərdir. Onlar öz torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. 

Şagirdlər öz sevinclərini türkçülüyün, turançılığın simvolu hesab edilən “Bozqurd” işarəsi ilə vurğulayıblar.

Fotolar xeyriyyəçi və iş adamı Zaur Əhmədovun Qazaxdakı “İstanbul” ailəvi restoran şəbəkəsinin önündə çəkilib.

Həmin görüntüləri təqdim edirik.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəliblər. Onlardan biri də Qazax rayonunun işğalda olan kəndlərindən 4-nün geri qaytarılması üzrə olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR