İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat”ın əməkdaşı ən yaxşılar arasında - FOTOLAR

3160 12.07.2017 02:10 Media A A

Muzey Mərkəzinin sərgi Qalereyasında "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı foto sərgi açılıb.

Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəyliyi Oyunlarının uğurla başa çatdığını bildirib.

O qeyd edib ki, yarışlarda Azərbaycan fotoqraflarının əməyi böyük olub : "21 idman növü üzrə 54 ölkənin qatıldığı yarışmada 6000 idmançı öz gücünü sınayıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış Azərbaycanın beynəlxalq aləmdə imicini daha da möhkəmləndirib. Azərbaycan fotoqrafları da öz növbəsində obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çeviriblər".

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Fotoqraflar Birliyinin diplomu ilə təltif edilib.
Sonra fotoqraflar mükafatlandırılıb. Mükafata layiq görülən ən yaxşı foto müəllifləri arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Məhəmməd Türkmən də olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR