İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...

352 22.04.2024 11:21 Dünya A A

Fırıldaqçılar Telegram “dəstək xidmətinin” mesajlarından istifadə edərək hesabları oğurlamağa başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, kibercinayətlərə qarşı mübarizə texnologiyalarının yaradıcısı olan F.A.C.C.T şirkətindən bildiriblər ki, fırıldaqçılar yeni sxemdən istifadə edirlər.

Sxemin mahiyyəti messencerdə hesabı silmək üçün ərizənin doldurulması ilə bağlı məlumatlarla mesajlar göndərməkdir: dələduzlar dəstək xidməti adı altında xüsusi forma vasitəsilə proseduru ləğv etməyi təklif edirlər.

Hesab sahibi linki izləyərək Telegram dizaynını təkrarlayan fişinq resursuna düşür və orada ondan telefon nömrəsi və təhlükəsizlik kodunu daxil etməsi tələb olunur. Bundan sonra fırıldaqçılar hesaba nəzarəti ələ keçirərək yazışmalara giriş əldə edir, həmçinin qurbanın kanalının idarəçiliyini ələ keçirirlər.

Şirkət vurğulayır ki, üçüncü tərəflər hesabın silinməsini tələb edə bilməz, yalnız istifadəçilərin özləri bunu parametrlərdə deaktiv edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR