İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudi deputatdan sensasion çıxış: “Gənc Heydər Əliyevdən qorxurlar”

16359 14.09.2015 17:29 Son xəbər A A

 “Avropadakı anti-Azərbaycan qüvvələr gənc Heydər Əliyevin tələbəlik fəaliyyətini, şeirlərini izləyirlər. Nədənsə gənc Heydər Əliyevdən qorxurlar. Çünki qorxurlar ki, 20 ildən sonra Azərbaycanda Heydər Əliyev kimi tərbiyəli və savadlı gənc böyüyür”.

Bu sensasion fikirləri Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov parlamentdəki bugünkü çıxışı zamanı bildirib. Parlamentar deyib ki, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr əslində 2003-cü ildə prezident seçilən İlham Əliyevin 6, maksimum 11 aydan sonra hakimiyyətdən gedəcəyini proqnozlaşdırırmış. Amma onlar bu hakimiyyətin uzun illər davam etməsini sinirə bilmədikləri üçün ölkəmizə qarşı təzyiqlərə start veriblər. Deputat Avropa Parlamentini “Xristian klubun vazgenlər şurası” adlandırıb.

Y. Abramov həmkarlarını xaricdə sözlərini deməyə çağırıb: “Çoxları bu mikrofon qarşısında qəhrəman olur. Ancaq xaricdə danışdırmaq lazımdır. Düşməni evində boğmaq lazımdır. Mən bu kampaniyaya qoşulan yəhudilərə də müraciət edirəm, bizim 6 milyon soydaşımızı Avropa məhv edib”. 

ELŞAD, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR