İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin, türklər və biz...

8206 29.11.2015 01:30 Yazarlar A A

  
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı gözlənilən sanksiyaları bir neçə saat əvvəl imzaladı. Neçə gündür ki, Rusiya televiziyalarının xəbər proqramlarına baxmaq mümkün deyil; adamın qanına toxunur, türklər və Türkiyə aşağılanır, təhqir və təhdid olunur. Qərbin dışladığı Rusiya sanki bütün xınçını Türkiyə və türklərdən çıxarır. Sanksiya verir: türklər vizasız gələ bilməyəcək, meyvə-tərəvəz gətirə bilməyəcəklər, iş verməyəcəklər, ruslar da Türkiyə kurortlarına gedə bilməyəcəklər. 

Yazıq ruslar... Putin onlardan ali irq düzəltmək istəyir. “Hamı pisdir, hamı xəyanətkardır, hamı bizə düşməndir, bircə biz yaxşıyıq” deyərək. İndi hətta ən ciddi adamlar belə, “Putin atom bombası da ata bilər” deyirlərsə, demək vəziyyət Hitler Almaniyasından da təhlükəli bir həddədir.    
  
Putin reytininqinin əsiridir və təyyarə olayı ilə tatara oxşar tum gözləri daha da çuxura düşüb, amma bu “quyu” da da onun kin-kudurətini gizlədə bilmir. Rusiyanın təyyarəsini Misirdə İŞİD vurdu, amma Putin bu faktı düz 1 həftə gizlətdi, qəza dedi. Çünki bu onun göylə gedən reytinqinə ağır zərbə idi. Amerika faktlar ortaya qoyanda məcbur olub etiraf etdilər. İndi Türkiyə təyyarələrinin vurub deyə, həm də “yaxşı edib vurmuşuq” deyərək Putini daha çətin vəziyyətə salıb. Kreml bu sanksiyaların, düşmənçiliyin ölkəyə zərər vuracağını bilir, amma buna məcburdur. Söhbət pomidor-xiyar məsələsi deyil, “xiyarın əyri bitməsidir”, Putinin yerlə bir olmuş xarizmasıdır. 

Baxın, Krım xalqı (vaxtilə Osmanlı xaqanlığı) qışın ortasında nə əziyyət çəkir? Döşünə döyən Rusiya hakimiyyəti balaca bir adanı istiliklə-işıqla təmin etmək gücündə deyil. Generator göndərir...Sanksiya qoymaq sənin nə gününə yaraşır axı? Rusiya xalqının nə günahı var ki, gedib Türkiyədә dincəlməsi də yasaqlansın. Xalqını düşünən bunca rəzil və çığal addım ata bilərmi? Bəhanə tapılıb: Türkiyə düşmən ölkədir. Putinin sərəncamında bu, aşağı-yuxarı, cümlələrlə beləcə yazılıb. 

Mənim Ərdoğan hökumətinə, yanlış hesab etdiyim siyasətləri səbəbindən heç vaxt rəğbətim olmayıb. Fəqət Rusiyanın Türkiyəyə yumruq göstərməsi, məncə Ərdoğan məsələsi deyil. Ruslar hazır durublarmış, nələr vermirlər efirə... Bu 1 həftənin işi deyil, bu artıq iç üzün açılmasıdır. Türkiyəyə təşəkkür düşür. Necə ki, vaxtilə Saakaşvili Gürcüstanın torpaq bütövlüyünü bərpa etmək istəyəndə Rusiyanın mövqeyini bizə göstərdi.Aydın oldu ki, sabah biz də ayağa durub torpaqlarımızı azad etmək istəsək Kremlin mövqeyi necə olacaq... İndi də Kreml əslində türk deyilən hamıya münasibətini göstərdi. “Ruslar Qarabağı qaytaracaq” kimi ortaya atılmış sabun köpüyü də partladı. 

Biz Türkiyədən ayrı can deyilik. Bizinm bu qəddar dünyada Türkiyədən başqa dostumuz yoxdur! Bu sanksiyalardan “Azərbaycan iqtisadiyyatı qazana bilər” deyənlərin yerinə isə  utanmaq olar, ancaq utanmaq...      
    
Türkiyəyə gedən ruslar türklərin düşmən olmadığını yaxşı bilirlər. Bu səbəbdən də qonşu ölkədən təkcə xoş xatirələr qalmayıb; çünki hərdən “nataşalar” bətnlərində romantik anların şahidlərini də gətirtirlər axı. Türk genetikası Rusiyanın həm keçmişində, həm indisində var. Yəni Rusiyanın sanskiyası həm də rusun onsuz da çox da öyünəsi olmayan genefonduna zərbə olacaq. Necə ki, ermənilər Azərbaycanla düşmənçilik etdikdən sonra təkcə azalmırlar, həm də əsl erməniyə oxşamağa başlayıblar. 

Putinin tələsik sanksiyalar qərarının bir vacib səbəbi də var. AKP hökuməti son seçkidə xalqa xeyli vədlər verib. Bunları yerinə yetirmək üçün isə pul lazımdır, həm də çoxlu pul. Rusiyanın sanksiyaları  Türkiyəninin büdcəsinə şübhəsiz təsir edəcək, amma Türkiyə bu davada tək də deyil. Putin bir təyyarəyə görə Türkiyə ilə Qərb, Avropa və Amerika arasındakı buzları əritdi, Ankaradan küskünlükləri aradan qaldırdı. Moskva isə Qərbin sanksiyarına qoşulmayan, Putini heç  yerdə qəbul etməyəndə qapıları Ərdoğanın padişah sarayında üzünə açılan, yeni qaz projektlərinə  nəfəs verən Türkiyəni itirdi. 

Rusiya getdikcə daha da təklənir, təkləndikcə tükənir, tükəndikcə isə daha da aqresivləşir. Dünya getdikcə daha yaxşı anlayır ki, Rusiyanın problemi Putindir. Rusiya da bunları bilən ağıllı adamlar indi çox azdır, qaraguruh isə “çar Putinin” sağlığına içməklə ömürlərini xərcləyirlər. Rusiyanı bütün ağııllı başları son illər ölkəni tərk edir. Putin isə vergiyə görə ölkəsini satan Departyeyə, boks zərbələrindən normal düşünmə qabiliyətinin itirmiş amerikalılara Rusiya vətəndaşlığı verməklə bu axını kompensasiya etmək istəyir. 

Belə davam etməyəcək. Bu günlər Rusiya televiziyaları ilk prezident Boris Yeltsin haqda da verilişlər və sənədli filmlər verirlər. Ruslar əhli-kef dedikləri prezidenti çox da bəyənmirdilər. Yeltsin hamıyla dost olmağa çalışırdı, hətta ipə-sapa yatmayan çeçenlərlə də. Putin isə hər şeyi dağıtdı, Yeltsinin demokratik dövlətçilik ənənələrini də kənara tulladı. Dünyanı çox sevdiyi tatami hesab edərək, hamıyla vuruşdu, vuruşur da. İndi isə tatamiyə türklərlə  çıxır. Türkün qələbəsinin istəməyən varmı?     

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR