İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarımçıq qalan böyük layihələr

1739 20.07.2018 08:25 İqtisadiyyat A A

Dövlət sahibkarların “batırdığı” projeləri davam etdirib qazanc mənbəyinə çevirə bilərmi...

Son bir neçə ildə ölkə boyunca xeyli sahibkar müflis olub. Onların bəzilərinin iri layihələrinin başa çatdırılması da mümkün olmayıb. Hazırda onlarla bu cür xarabalığa çevrilməkdə olan yarımçıq tikililər var.

Xüsusilə Beynəlxalq Bank olayından sonra “kredit oliqarxları”nın vəziyyəti çətinləşdi. Bu bankdan kredit götürərək qaytarmayan onlarla sahibkar müxtəlif formada cəzalandırıldı. Onların çoxu aylarla həbsdə saxlandı, götürdükləri kreditləri qaytarmaları təmin olundu. Bir çoxlarının kreditlə qurduqları müəssisələr əllərindən alındı. Hazırda həmin müəssisələrin sağlamlaşdırılaraq, sərfəli qiymətə satılması üçün işlər görülməkdədir.

Lakin dövlətin almadığı layihələr də var. Beynəlxalq Bankdan alınan yüz milyonlarla manat kredit hesabına icra edilən layihələrdən biri də məşhur iş adamı İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsidir. Xəzər dənizinin içində şəhərcik salınmasını nəzərdə tutan bu layihənin icrası üçün Beynəlxalq Bankdan 800 milyon manat kredit götürüldüyü deyilir. İ.Nehrəmlinin açıqladığı məlumata görə, indiyədək layihə çərçivəsində görülən işlərə 1 milyard dollara yaxın vəsait sərf olunub. Hazırda layihə üzrə bütün işlər dayandırılıb, tikintilər yarımçıq saxlanılıb. Maraqlıdır ki, Beynəlxalq Banka digər borclulardan fərqli olaraq, hökumət bu layihəni kredit borcunun əvəzində İ.Nehrəmlidən almayıb.

“Xəzər adaları”nın, habelə bu kimi yarımçıq qalan layihələrin dövlətin müdaxiləsi ilə  yenidən dirçəldilməsi, dövlətin yardımı ilə ona investorların cəlb edilməsi və qazanc yerinə çevrilməsi mümkündürmü?

Natiq Cəfərli ile ilgili görsel sonucu

Sualı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a verdiyi məlumata görə, bu layihənin qiymətləndirilməsi düzgün həyata keçirilməyib: “Beynəlxalq Bankdan kredit ayrılan bir sıra layihələr üçün böyük vəsaitlər xərclənib, hətta kredit vəsaitləri belə ciddi mənimsəmələrlə icra olunub. Bunlar çox bahalı, dəyəri şişirdilmiş layihələrdir. Bu gün dövlət onları kredit borclarının əvəzində götürsə belə, sonradan onları satmaqla hesablanan məbləği əldə edə bilməyəcək. Bu isə dövlətin zərərdə qalması, itkilərlə üzləşməsi deməkdir.  Buna görə də investorların tapılması, obyektlərin özəlləşdirilməsi zamanı dövlət itkilərə hazır olmalıdır”.

Konkret “Xəzər adaları” layihəsinə gəlincə, ekspert onun ilk gündən absurd olduğu qənaətindədir: “Deyirdilər, 120 milyard dollara başa gələcək. Bu qədər böyük vəsait hesabına icra ediləcək layihə heç zaman gəlirli ola bilməz. Ona görə də mən bir dəfə irəli sürdüyüm təklifi bir daha təkrar edirəm. Bu layihəyə investor cəlb etməyin ən optimal yolu kimi, oranı vergisiz bir əyləncə zonası elan etmək olar. Bu zaman orada kazinoların azad fəaliyyətinə də icazə verilə bilər, kafelər, əyləncə mərkəzləri tikilər. Bildiyiniz kimi, Azərbaycan vətəndaşlarının bir qismini Gürcüstana cəlb edən əsas amil orada kazinoların fəaliyyətinə icazə verilməsidir. Azərbaycanda da yalnız ”Xəzər adaları"nda buna icazə verilsə, oradakı fəaliyyətlər vergidən azad olunsa, layihənin davamı üçün investor tapmaq çətin olmaz. Bununla da layihə üçün alınmış kreditlərin bir qisminin qayıtmasını təmin etmək olar".

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR