İnsanlara hürriyət, millətlərə istiqlal!

Xüsusi təyinatlı qazilər “Yeni Müsavat” qəzetini təltif etdi - FOTOLAR

1508 26.07.2023 13:10 Media A A

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Yeni Müsavat” qəzetini təltif edib.

Musavat.com xəbər verir ki, “Yeni Müsavat” peşəkar jurnalist fəaliyyətinə görə təltif edilib.

Təltifi redaksiya heyətinə xüsusi təyinatlı zabit, Şuşanın azad olunma əməliyyatının iştirakçısı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə bilavasitə təqdim edib. B. Məmmədzadə adıçəkilən qurumun rəhbəridir.

Mükafatı qəbul edən “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov deyib ki, bu, bizim üçün ən qiymətli təltiflərdəndir. Media Qrupumuz bundan sonra da şəhid ailələrinə, qazilərin problemlərinə maksimum diqqət göstərəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR