İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavənddən açılan atəş: general Kulakovun Bakı səfərindən bir gün sonra...

2921 13.09.2023 16:29 Yazarlar A A

 

Erməni xəbər saytlarını oxuyuruq: yazırlar ki, 13 sentyabrda, saat 12.15 radələrində Azərbaycan Silahlı Qüvvələri “Nor Şen istiqamətində” atəşkəs rejimini pozub. Xocavənd rayonunun Yenikəndini belə adlandırır separatçı haylar. Özü də sarsaq rejimin “müdafiə nazirliyi”nə istinadən yayıblar. Şikayətləniblər ki, atəş nəticəsində “erməni tərəfdən” bir nəfər yaralanıb. Üstəlik, həyasızcasına “insidentlə bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığına məlumat verilib” əlavəsini ediblər.

“Utanmasan, oynamağa nə var ki”-misalı burada yerinə düşsə də, çox yumşaq yanaşmadır. Görün bunlar nə qədər həyasızlaşıblar ki, Azərbaycan ərazisində qanunsuz mövcudluqlarını uca səslə nümayiş etdirirlər, onlara qarşı cavab atəşi açan hüquqi dövləti günahlandırmağa çalışırlar. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-ü saat 12 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti təxribatı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub və bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb. Əslində erməni quldur dəstələri Azərbaycana minnətdar olmalıdırlar ki, onların alçaq təxribatının cavabında elə həmin gün sınaqdan keçirdiyi zenit-raket komplekslərindən bir neçəsini o istiqamətə tuşlayıb, terrorçu-separatçı qüvvələrin külünü havaya sovurmayıb. Bəli, başqa hansı ölkə olsaydı, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrindəki döyüş atışlarının icrasını elə terrorçuların silah tuşladığı məntəqəyə təyin edərdi, olardı “həm ziyarət, həm ticarət”. Azərbaycan dövləti, ordu rəhbərliyi hələlik təmkinli davranır, istəyir ki, düşmən daşı ətəyindən töksün, məsələlər qansız həll olunsun, amma görünür yox, erirevanazvision.jpg (53 KB)məni canilərin gözünü qan örtdüyü üçün Dəmir Yumruq istəyindən vaz keçənə oxşamırlar. Sonuncu insident də bundan xəbər verir.

Az qala bütün dünya ölkələri, hətta Ermənistan belə, Qarabağdakı oyuncaq “seçki”ni tanımadı, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqe növbəti dəfə ifadə olundu.  Amma Xankəndidəki separatçılar bundan sonra da abırsızcasına deyirlər ki, bizim “müdafiə nazirliyi”miz var, bu da ona istinadən atəşkəsin pozulması xəbəri…Bu, həm də Qarabağda qanunsuz hərbi birləşmələrin, terrorçuların, qadağan olunmuş silah-sursatın, minaların mövcudluğunun etirafıdır. Heç bir ölkə bu qədər qanunsuzluğa göz yummazdı, Azərbaycan da göz yummaq niyyətində deyil. Sarsaq rejim mənsublarının daha bir həyasız davranışları: baş vermiş insidentlə bağlı Rusiya hərbi kontingentinə şikayət ediblər.

Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim etmişdi. Rəsmi xəbərdə deyilir ki, Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb. Öz növbəsində Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.

kiril_kulakov.jpg (32 KB)

Və…Qarabağdakı terrorçular bir gün sonra silahları işə saldılar, Kulakovun “qulağının dibində”. Bu güllələr həm də Kulakova atılıb və ondan reaksiya gözləməyə əsasımız var. Rus general həm də 2020-ci ilin 10 noyabr üçtərəfli bəyannaməsinin namusunu qorumağa borcludur. Putinin də imzası olan bu sənədin bir bəndi də buradakı erməni hərbi birləşmələri ilə bağlıdır.

4-cü maddə: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.

Və…”Paralel şəkildə” bölgədən çıxarılmalı olan qanunsuz hərbi birləşmələr üstündən 2 il 10 ay keçəndən sonra rus komandana Azərbaycandan şikayət edir!

siyasi-əhəmiyyəti.jpg (288 KB)

Erməni separatçılar da anlamalıdırlar ki, 23 apreldə Laçında dövlət sərhəd postumuzun qurulmasından sonra bölgəyə gələn əski komandan burnu ovulmuş vəziyyətdə yola salındığı kimi, onun xələfi də Azərbaycan dövlətinin qanunlarına saymazlıq edə bilməz. Edəcəksə, yola salınacaq. Ancaq separatçı-terrorçu qruplaşmaların Azərbaycan hərbçilərinə atəş açmasından sonra (!) Azərbaycandan sülhməramlılara şikayət etməsi həyasızlıqla yanaşı, bu quldur tayfasının Rusiya hərbçilərini özlərinə nə qədər yaxın hesab etməsinin  əlaməti, nəticəsidir. Rus hərbçilərin arxasından əsgərimizə atəş açdılar, onların gözləri qarşısında səngərlər qazdılar, minalar basdırdılar, həmçinin rusların müşayiəti ilə Qarabağın bir hissəsindən digər hissəsinə silah-sursat, hərbi ləvazimatlar daşıdılar…İndi də Azərbaycan cavab atəşi açanda tez İvanın yanına qaçırlar, “qoyma, bizi genosid edirlər”-deyə…Təbii ki, sahibinə görə belə qudurğanlıq edirlər…

Rusiyanın hərbi-siyasi rəhbərliyinin son günlər ziddiyyətli açıqlamaları, dolayı və birbaşa təhdidləri də bu qudurğanlara impuls verir. Əslində atəş açan erməni canilər dərhal müəyyən edilməli, qandallanmalı, Bakıya təhvil verilməliydi.

1694315788_photo_91678.jpg (48 KB)

Özü də erməni canilər Xankəndiyə un dolu maşınlar göndərmək üçün Ağdamda gözləyən ölkənin hərbçilərinə atəş açır! Buna təkcə Azərbaycanın yox, “humanitar yardım”, “fəlakət” deyib, zəhləmizi aparan bütün dövlət və qüvvələr reaksiya verməlidir ki, dığa, sən nə haqla sənə çörək uzadan ölkəyə atəş açırsan?! Deməlidir ki, sabah sənin başına qapaz, yumruq dəyəndə özündən küs, kimsədən yox! Deməlidirlər! Laçın yolu ilə bağlı demoqogiyanı davam etdirən, amma Azərbaycanın yardım maşınlarının qarşısını Əsgəranda kəsmiş separatçıların halına ağlayan Blinkendən tutmuş, Şarl Mişelə, digərlərinə qədər hər kəs mövqeyini açıqlamalıdır!   

Öncə yoldaş Kulakov erməni canilərin atəşinə cavab versin. Silahla cürəti çatmırsa, heç olmasa sözlə, bəyanatla…

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR